Dissertasiya şurasının növbəti iclası keçirildi

14 Aprel 2016 - 15:10 | Konfranslar, İclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi.

Dissertasiya şurasının sədri, AMEA-nın akademik katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək iclasın təqdim olunmuş dissertasiya işləri üzrə rəsmi opponentlərin, aparıcı təşkilatın və müdafiənin tarixinin təyin edilməsi məsələlərinə həsr olunduğunu bildirdi.

İclasda 3356.01 – “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Elçin Məmmədovun “Müasir elektron kitabxana şəbəkəsinin yaradılması mexanizmlərinin işlənməsi” mövzusunda dissertasiya işi üzrə rəsmi opponentlər texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərov, aparıcı təşkilat Azərbaycan Texniki Universitetinin “Kompüter sistemləri və şəbəkələri” kafedrası, dissertasiya işinin müdafiəsi 27 may 2016-ci il tarixinə təyin olundu və təsdiq edildi.

3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Möhübbət Əhmədovun “Qeyri-səlis zaman sıraları əsasında proqnozlaşdırma” mövzusunda dissertasiya işi üzrə rəsmi opponentlər texnika üzrə elmlər doktoru, professor Məhəmməd Əhmədov və texnika üzrə elmlər doktoru, dosent Ramin Rzayev, aparıcı təşkilat Bakı Dövlət Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrası, dissertasiya işinin müdafiəsi 27 may 2016-ci il tarixinə təyin olundu və təsdiq edildi.

3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Ali Amoojinin “Nevroloji xəstəliklərin diaqnostikası üzrə ekspert sistemlərin qurulması” mövzusunda dissertasiya işi üzrə rəsmi opponentlər isə texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova və texnika üzrə elmlər doktoru, dosent Valeh Mustafayev, aparıcı təşkilat AMEA İdarəetmə Sistemləri İnstitutu, dissertasiya işinin müdafiəsi 3 iyun 2016-ci il tarixinə təyin olundu və təsdiq edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.