Yeni bankomat mühafizə sistemi nümayiş etdirilib

05 Aprel 2016 - 15:00 | Texnoloji yeniliklər
Yeni bankomat mühafizə sistemi nümayiş etdirilib

ABŞ-ın “Diebold” bankomat istehsalçısı Kopenhagendə (Danimarka) keçirilən “Money 20/20 Europe” konfransında yeni bankomat mühafizə konsepsiyasını nümayiş etdirib.

payspacemagazine.com saytının məlumatına görə, “CryptoTouchTM” proqramı istifadəçinin bankomat ekranına daxil etdiyi PİN-kod məlumatlarını şifrələməyə imkan verir. Bunun sayəsində fırıldaqçılar həmin məlumatlardan cinayət məqsədilə istifadə edə bilməyəcəklər.

Bank kartı sahibləri üçün bankomat və ödəniş terminallarından təhlükəsiz istifadəni təmin edən proqram “Diebold”un mülkiyyətinə keçmiş “Cryptera” şirkəti tərəfindən hazırlanıb. Şirkət ödəniş təhlükəsizliyi, o cümlədən PİN-kodun şifrələnməsi texnologiyası sahəsində aparıcı proqram təminatı tədarükçüsüdür.