Mobil proqram göz xəstəliklərini aşkarlayır

15 Mart 2016 - 16:13 | Texnoloji yeniliklər
Mobil proqram göz xəstəliklərini aşkarlayır

Yeni Zelandiyanın bir qrup proqramçısı aparıcı oftalmoloqların köməyilə göz xəstəliklərinin diaqnostikası üçün nəzərdə tutulmuş “Auckland Eye Manual” adlı mobil proqram hazırlayıblar.

osp.ru saytının məlumatına əsasən, proqramda 100-dən çox xəstəliyin diaqnostikası metodları haqqında məlumat və rəngli şəkillərdən ibarət kitabça yer alıb. Məlumat kitabçasında həmçinin təcili yardım və xəstəliklərin müalicəsi metodları haqqında məlumatlar öz əksini tapıb.

İstehsalçıların sözlərinə görə, göz xəstəliklərinə ürək, ağciyər və dəri xəstəliklərinə nisbətən daha az rast gəlinir. Həkimlərdə ixtisaslaşdırılmış diaqnostik avadanlıqların olmaması nadir xəstəliklərə diaqnoz qoyulmasında çətinliklərin yaranmasına səbəb olur.

“Auckland Eye Manual” məlumat kitabçasının planşetlər və digər mobil qurğular üçün hazırlanmış versiyası informasiyaya girişi, eləcə də xəstəliklərə diaqnoz qoyulmasını sadələşdirəcək.