Ölkədə informasiya və rabitə xidmətlərinin həcmi 12,7 faiz artıb

18 Fevral 2014 - 15:00 | Texnoloji yeniliklər
Ölkədə informasiya və rabitə xidmətlərinin həcmi 12,7 faiz artıb

Azərbaycan Dövlət Statistika Komitəsi 2014-cü ilin yanvar ayı üzrə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb. 

Komitədən verilən məlumata görə, informasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 12.7 faiz artaraq 121.8 milyon manat təşkil edib. Xəbəriictnews.az Elektron Xəbər Xidməti yayıb.