Elektronikanı insan beyninə daxil etmək mümkün olacaq

03 Fevral 2016 - 10:00 | Maraqlı məlumatlar
Elektronikanı insan beyninə daxil etmək mümkün olacaq

ABŞ-ın Harvard Universiteti və Çinin Milli Nanotexnologiyalar Mərkəzinin tədqiqatçıları inyeksiya yolu ilə insan beyninin hüceyrələrinə neyronların işini stimullaşdıra biləcək elastik elektronikanı daxil etməyi təklif edirlər. Texnologiya insanın düşüncələrini “oxumağa” və ya ağılın gücü ilə idarə etməyə (məsələn, əlil arabasını) imkan verən sistemlərin yaradılmasını nəzərdə tutur.

Alimlər tranzistorlar tətbiq edilmiş keçirici polimer saplardan hazırlanan mikroskopik elastik məsaməli strukturlar üzərində işləyirlər. Onlar bu şəbəkəni iynə vasitəsilə siçanların beyninə daxil ediblər. Beş həftə sonra siçanlarda yad cisimdən imtina əlamətləri hiss olunmayıb.

Alimlər güman edir ki, yeni texnologiyanın köməyi ilə insult keçirmiş və Parkinson xəstəliyindən əziyyət çəkən insanları müalicə etmək mümkün olacaq.

Computerworld