Texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini vəzifəsinə təsdiq edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.
Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Nizamnaməsi yeni tələblərə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, institutun strukturu Nizamnamənin tələblərinə uyğunlaşdırılıb.
Yeni Nizamnamədə baş mühəndis vəzifəsi texnologiyalar üzrə direktor müavini adlandırılıb.
R.Ələkbərov İnformasiya Texnologiyaları İnstitutu yaradılandan bu günədək institutun baş mühəndisi kimi yeni texnologiyaların mənimsənilməsi və tətbiqi işlərinə bilavasitə rəhbərlik edib, bu sahədə zəngin təcrübəyə malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.