ABŞ Milli Təhlükəsizlik Agentliyi yüz milyonlarla mobil telefonun yerdəyişməsini izləyir

25 Yanvar 2016 - 10:00 | Maraqlı məlumatlar
ABŞ Milli Təhlükəsizlik Agentliyi yüz milyonlarla mobil telefonun yerdəyişməsini izləyir

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) məlumat bazasına hər gün mobil telefonların coğrafi mövqeyi haqqında təxminən 5 milyard qeyd daxil olur.

“Washington Post” qəzetinin məlumatına görə, MTA dünya üzrə ən azı yüz milyon qurğunun yerdəyişməsini izləyir.

Telefonları izləmə proqramları ABŞ vətəndaşları haqqında məlumatların toplanması üçün nəzərdə tutulmasa da, təsadüf nəticəsində çox sayda məlumat MTA bazasına düşür.

Coğrafi ərazi haqqında məlumatlar vətəndaşların siyasi, peşəkar və şəxsi münasibətləri haqqında bir çox informasiyanın əldə olunmasına şərait yaradır. Bu isə xarici və ABŞ vətəndaşlarının şəxsi həyatının toxunulmazlığı prinsiplərinə ziddir.  Bu haqda Amerika Vətəndaş Azadlıqları İttifaqının nümayəndəsinin bəyanatında bildirilir.

“Computerworld”