Dövlət Komissiyası internet resursunda mesaj xidmətini tətbiq edib

12 Yanvar 2016 - 11:07 | Mühüm hadisələr
Dövlət Komissiyası internet resursunda mesaj xidmətini tətbiq edib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) elektron müraciət prosedurunu sadələşdirib. Komissiya www.csc.gov.az rəsmi saytı üzərindən mesaj xidmətini istifadəyə verib.

Xidmətin tətbiqi vətəndaşların müraciətlərinin daha operativ araşdırılaraq cavablandırılması məqsədi daşıyır.

Komissiyaya müraciət ünvanlamaq istəyən vətəndaş heç bir qeydiyyat tələb etməyən bu xidmətə daxil olaraq müraciətini tez və rahat formada quruma göndərir, bir neçə dəqiqə ərzində isə müraciətə cavab verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.