Xərçəng xəstəliyini aşkarlayan sensor hazırlanıb

11 Yanvar 2016 - 16:42 | Texnoloji yeniliklər
Xərçəng xəstəliyini aşkarlayan sensor hazırlanıb

Yaponiyalı alimlər smartfonlar üçün xərçəng xəstəliyini nəfəs vasitəsilə erkən mərhələlərdə aşkarlayan sensor hazırlayıblar.

vesti.ru saytının məlumatına görə, layihədə Yaponiyanın bir neçə nəhəng şirkəti, Milli Materialşünaslıq İnstitutu və Osaka Universiteti iştirak edir.

Yüksək həssaslığa malik sensor xəstənin nəfəsində mövcud olan spesifik üzvi birləşmələri aşkarlayır. İstehsalçılar bildirib ki, smartfona asanlıqla qoşulan qurğu sərbəst analiz aparmağa imkan verəcək, əldə olunmuş informasiya ekranda göstəriləcək. Gələcəkdə hər kəs yeni sensor sayəsində istənilən zaman erkən diaqnostika apara və xəstəliyin əlamətləri müşahidə edildikdə dərhal həkimə müraciət edə biləcək. Lakin sensorun təkmilləşdirilməsi üçün müəyyən zaman tələb olunur.

Məlumat üçün qeyd edək ki, statistikaya əsasən, Yaponiyada xərçəng xəstəliyindən hər il 400 min insan dünyasını dəyişir.