Ən populyar yuxarı səviyyəli milli domen hansı ölkəyə məxsusdur?

11 Yanvar 2016 - 11:00 | Maraqlı məlumatlar
Ən populyar yuxarı səviyyəli milli domen hansı ölkəyə məxsusdur?

Çinin İnternet İnfrastrukturu İnformasiya Mərkəzinin məlumatına görə, “.cn” domen ünvanında qeydiyyatdan keçmiş ümumi veb-səhifələrin sayı 17 milyona yaxınlaşıb. Bu göstərici Almaniyanın “.de” domeni üzrə müvafiq göstəricini ötərək dünyada yuxarı səviyyəli milli domenlər arasında liderliyi ələ keçirib.

Ölkənin “Sina” xəbər portalında bildirilib ki, Çinin “.cn” yuxarı səviyyəli domeni ən populyar milli domen ünvanıdır.

Qeyd edək ki, yuxarı səviyyəli milli domenlər dövlətlərə İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən “ICANN” (Internet Corporation for Assigned Names and Numbers) qeyri-kommersiya təşkilatının nəzarəti altında olan “IANA” (Internet Assigned Numbers Authority) tərəfindən verilir.

itar-tass.com