Yeni “Wi-Fi” standartı təsdiq edilib

05 Yanvar 2016 - 15:55 | Maraqlı məlumatlar
Yeni “Wi-Fi” standartı təsdiq edilib

“WiFi Alliance” təşkilatı tərəfindən “Wi-Fi 802.11ah” (“HaLow”) rabitə standartı təsdiq edilib.

itc.ua saytının məlumatına görə, yeni rabitə standartı simsiz rabitə siqnalının radiusunu iki dəfə artırmağa imkan verəcək. Bu halda yeni standart siqnalın divarın digər tərəfinə daha yaxşı ötürülməsini təmin edir və bu zaman daha az enerji sərf edilir.

Wi-Fi 802.11ah standartına “əşyaların interneti” və digər ev qurğularında tələbat olacağı gözlənilir.

Təşkilatın nümayəndəsi bildirib ki, “HaLow” rabitə standartı mövcud “Wi-Fi” protokollarından geniş istifadə edəcək ki, bu da təhlükəsizlik səviyyəsini təmin etməyə imkan verəcək.