Elastik çap platası təqdim olunub

29 Dekabr 2015 - 16:44 | Maraqlı məlumatlar
Elastik çap platası təqdim olunub

Yaponiyanın “Panasonic” şirkəti gələcəyin elastik elektron qurğularında istifadə edilə bilən izolyasiyalı plyonka hazırlayıb.

hi-news.ru saytının məlumatına görə, yeni material ənənəvi elastik materiallardan bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, material 2,5 dəfə dartılır və sonra yenidən ilkin formasını alır. Yapon istehsalçısı, həmçinin şəffaf elektrod hazırlayıb.

Qeyd edək ki, adi keçirici metal uzadılma zamanı dağılır. Bu da metal naqilin mürəkkəb çap platalarında istifadəsini məhdudlaşdırır.