Avropalılar evlərini mobil telefonla idarə etməyə üstünlük verir

24 Dekabr 2015 - 14:37 | Maraqlı məlumatlar
Avropalılar evlərini mobil telefonla idarə etməyə üstünlük verir

Qərb ölkələrində mobil telefonlar üçün nəzərdə tutulmuş proqramın köməyilə idarə olunan evlərin sayı artmaqdadır. “Ağıllı” ev texnologiyası insanlar arasında sürətlə populyarlaşıb.

www.globalscience.ru saytının məlumatına görə, keçirilmiş sorğuların nəticəsinə əsasən, insanlar evlərini planşetlər və digər mobil qurğular vasitəsilə idarə etməyə üstünlük verirlər.

Bunun nəticəsidir ki, son 12 ayda İngiltərə, Macarıstan, Avstriya və Fransa kimi ölkələrdə “ağıllı” ev istifadəçilərinin sayı 1 milyondan 5 milyonadək artıb.

Qeyd edək ki, “ağıllı” ev sistemində mobil telefonun köməyi ilə çox asanlıqla pəncərəni uzaq məsafədən bağlamaq, evin istilik dərəcəsinə nəzarət etmək, qaz piltəsinin işini tənzimləmək, işığı yandırıb-söndürmək və s. mümkündür.