Dünya Beynəlxalq Təhlükəsiz İnternet Gününü qeyd edir

11 Fervral 2014 - 11:00 | Mühüm hadisələr
Dünya Beynəlxalq Təhlükəsiz İnternet Gününü qeyd edir, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Bu gün dünyanın 110-dan çox ölkəsində Beynəlxalq Təhlükəsiz İnternet Günü qeyd olunur. Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən etibarən hər il fevral ayının ilk çərşənbə axşamı qeyd edilən bu əlamətdar günün əsas məqsədi təhlükəsiz İnterneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaqlar və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir. 

“Pozitiv İnterneti birlikdə yaradaq” şüarı altında qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü bu il 11 fevral tarixinə təsadüf edib. 

ABŞ-da isə bu əlamətdar gün ilk dəfə qeyd edilir. Bu gün Vaşinqtonda “Ən yaxşı qlobal şəbəkəni yaradan gənclər və İT-liderlər” şüarı altında “Təhlükəsiz İnternet günü-2014” mövzusunda konfrans keçiriləcək. 

“Взгляд” qəzetinin məlumatına görə, bayram ərəfəsində 2013-cü ildə yaradılan Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzi fəaliyyətinin ilk ilinin yekunları ilə bağlı hesabat verib. Bu müddət ərzində mərkəz tərəfindən İnternetdə fırıldaqçılığa, maliyyə saytlarına müdaxiləyə və uşaq pornoqrafiyasının yayılmasına qarşı 20 iri əməliyyat keçirilib. Təşkilat rəhbəri Truls Ertinq bildirib ki, ötən il onun rəhbərlik etdiyi qurum fəal çalışaraq Avropa İttifaqının hüquq-mühafizə orqanlarına transsərhəd kibercinayətlərin qarşısını almaqda və araşdırılmasında yardımçı olub. 

Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Hazırda təşkilatın fəaliyyəti İnternetdə üç cinayət növünün qarşısının alınması ilə məhdudlaşdırılıb. Bunlar onlayn mütəşəkkil fırıldaqçılıq, uşaq pornoqrafiyasının yayılması və əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumların qarşısının alınması ilə mübarizədir. 

Mərkəzin hesabatında deyilir ki, hazırda dünyada 2,5 milyard insan İnternet istifadəçisidir, daha yarım milyard istifadəçi yaxın dörd ildə onların sırasına qoşulacaq. Mütəxəssislərin qənaətincə, kibercinayətkarlığın da miqyası artacaq ki, artıq bu gün onun həyəcanlandırıcı tendensiyalarını müşahidə etmək mümkündür.