2019-cu ildə “Əşyaların interneti”nə xərclərin həcmi 1,3 trilyon dollara çatacaq

15 Dekabr 2015 - 10:30 | Maraqlı məlumatlar
2019-cu ildə “Əşyaların interneti”nə xərclərin həcmi 1,3 trilyon dollara çatacaq

International Data Corporation”nın analitiklərinin “Əşyaların interneti” ilə bağlı proqnozuna əsasən, yaxın illərdə bu bazarın həcmi ildə orta hesabla 17 faiz artacaq. Cari ildə sözügedən bazarın həcmi 698,6 milyard dollar səviyyəsində gözlənilir. Beləliklə, 2019-cu ildə “Əşyaların interneti”nə sərf olunan xərclər 1,3 trilyon dollar təşkil edəcək.

ixbt.com saytının məlumatına görə, bu bazara regionlar üzrə nəzər saldıqda Asiya-Sakit okean regionu lider hesab olunur. Cari ildə “Əşyaların interneti”nə qlobal xərclərin 40 faizi sözügedən regionun payına düşəcək. Şimali Amerika və Avropa müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alacaq.