Alimlər həssas sensorlarla təchiz edilmiş süni dəri yaradıblar

08 Dekabr 2015 - 14:36 | Texnoloji yeniliklər
Alimlər həssas sensorlarla təchiz edilmiş süni dəri yaradıblar

Stenford Universitetinin mühəndisləri təzyiqi ölçən sensorlarla təchiz edilmiş plastik dəri yaradıblar.

ictnews.az elektron xəbər xidmətinin məlumatına əsasən, yeni texnologiya “iPhone”un barmaq toxunuşlarını tanıma həssaslığında işləyir. Beləliklə, alimlər yanğının qurbanı olmuş və protez daşıyan insanlara toxunma qabiliyyətini bərpa etmək imkanı verəcəklər.

Bu layihə üzərində bir neçə il işləyən doktor Çjenan Baonun komandası süni dəriyə adi dərinin reseptorlarını tam yamsılayan sensor quraşdırıb. Növbəti addım – sensorun topladığı məlumatları beyinə ötürməkdir.

Toxunuş zamanı təzyiqin daha dəqiq ölçülməsi üçün sensorun ölçüsü kiçildiləcək ki, o, insan dərisində milyonlarla sensor reseptorlarına bərabər olan əlavə təzyiq mərkəzlərini emal edə bilsin.

Süni dəri bazara bir neçə ildən sonra çıxarılacaq, lakin mühəndislər yeni sensorları mümkün qədər tez tətbiq etməyi planlaşdırır.