İsveç proqramçısı Markus Persson tərəfindən hazırlanmış “Minecraft” oyun layihəsi dünya üzrə ən gəlirli oyunlardan birinə çevrilib. Hazırda “Minecraft” oyununun bütün istiqamətlərdə genişləndirilməsi planlaşdırılır. Bu istiqamətlərdən biri də uşaqların təhsilidir.
hi-news.ru saytının məlumatına görə, “Microsoft” və “Code.org” proqramçılar portalının birgə layihəsi məktəb yaşlı uşaqlara “Minecraft” oyununun köməyilə proqramlaşdırmada alqoritmlərin qurulmasının əsaslarını öyrənməyə imkan verəcək. Xüsusi redaktor oyundan bir fraqmenti nümayiş etdirir, uşaqlar bu oyunda elementləri kiçik bloklar şəklində olan xüsusi proqram komandalarının köməyi ilə idarə edə bilir. Bloklar müəyyən ardıcıllıqla yerləşib və proqram onları hərəkətə gətirir. Uşaqlara müəyyən alqoritmlərin qurulması vasitəsilə müxtəlif məsələləri həll etmək təklif ediləcək.
Bundan başqa, proqrama şagirdlərin proqramlaşdırmanın əsaslarını və onun baza mexanizmlərinin işləmə prosesini anlaması üçün bir çox dərslər əlavə edilib.