AMEA-nın akademik-katibi Lüksemburqda elmi ezamiyyətdə olacaq

11 Noyabr 2015 - 16:00 | Mühüm hadisələr
AMEA-nın akademik-katibi Lüksemburqda elmi ezamiyyətdə olacaq

Noyabrın 22-də AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Lüksemburq Böyük Hersoqluğuna səfər edəcək.

6 gün davam edəcək səfərin məqsədi Lüksemburq şəhərində keçiriləcək GEANT (Gigabit European Advanced Network Technology) Assosiasiyası Baş Assambleyasının və EaPConnect layihəsinin növbəti iclaslarında, həmçinin Avropa Birliyinin dəstəyi ilə Lüksemburq Universitetində təşkil ediləcək “Elektron infrastrukturların əsasları” mövzusunda konfransda iştirak etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.