AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

06 Noyabr 2015 - 11:02 | Mühüm hadisələr
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncamı imzalayıb.

Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə AMEA-nın bir sıra əməkdaşı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Bu nüfuzlu mükafata layiq görülənlər sırasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru, professor Məsumə Məmmədova da vardır. Sərəncamla Məmmədova Məsumə Hüseyn qızı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi Məsumə xanımı təbrik edir, ona can sağlığı və gələcək fəaliyyətində uğurlar diləyir!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.