Yaponiya texnologiyası piramidaların “sirrini” açmağa kömək edəcək

30 Oktyabr 2015 - 15:23 | Texnoloji yeniliklər
Yaponiya texnologiyası piramidaların “sirrini” açmağa kömək edəcək

Misir piramidaları kosmik şüaların köməyilə skan ediləcək. Bu, tədqiqatçılara qədim ehramların yeni sirlərini öyrənməyə kömək edəcək. Misirin qədim abidələr və mədəni irs naziri Mamduh əd-Damati bu ilin noyabr ayında sərdabələri skan edəcək böyük layihəyə start veriləcəyini bildirib. “Scan Piramids” adlı layihədə Misir, Fransa, Kanada və Yaponiyadan olan alimlər iştirak edirlər.

Nazirin sözlərinə görə, qədim sərdabələr hələ də özlərində çoxlu sirr gizlədirlər. Piramidanın içərisinə baxmaq üçün myuon adlı hissəciklərdən istifadə ediləcək. Myuonlar kosmik şüaların yerin atmosferi ilə toqquşması nəticəsində yaranır. Bu hissəciklər piramidalar da daxil olmaqla bərk hissələrdən asanlıqla keçərək rentgeneskopiya kimi qapalı obyekt haqda dəqiq məlumat vermək qabiliyyətinə malikdir.

www.phys.org