Alimlər toxunuşları hiss edən süni dəri yaradıblar

19 Oktyabr 2015 - 09:00 | Maraqlı məlumatlar
Alimlər toxunuşları hiss edən süni dəri yaradıblar

Stenford Universitetinin tədqiqatçılar komandası toxunuşları hiss edə və bu informasiyanı sinir sisteminə ötürə bilən dərinin süni əvəzedicisini hazırlayıb. Bu texnologiya insanın sinir sisteminə tətbiq ediləcək protezlərin yaradılmasında istifadə ediləcək. Yeni texnologiya sayəsində insanlar toxunuşları hiss etməklə yanaşı, onun gücünü də müəyyənləşdirəcək.

hi-news.ru saytının məlumatına görə, alimlər informasiyanı insan beyninə ötürmək üçün xüsusi işıq tezliklərinə reaksiya verən xüsusi hüceyrələrin yaradılmasını nəzərdə tutan “optogenetika”dan istifadə edəcək.