“Light” şirkəti təsvirin əldə olunması üçün 16 obyektivin quraşdırıldığı “L16” eksperimental kamerasını təqdim edib. Qurğunun “gözləri” (onların sayı infraqırmızı sensor ilə birlikdə 17-dir) cihazın ön panelində yerləşir.
Kameranın obyektivlərindən hər biri 13 meqapiksel matrisə malikdir. Onlar fokus məsafəsinə görə üç qrupa bölünür: obyektivlərdən beşi 32 mm, beşi 70 mm, altısı isə 150 mm. “L16”nın digər tərəfində isə idarəetmə, parametrlər, miqyas və fokuslamanın dəyişdirilməsi üçün 5 düymlük “touchscreen” quraşdırılıb.
vesti.ru saytının məlumatına görə, yeni qurğu təsviri eyni zamanda bir neçə obyektivə qeydə ala və onları 52 meqapikselədək ölçüyə imkan verən təsvirdə birləşdirə bilər. Bundan əlavə, yeni texnologiya çəkilişdən sonra da fokusu seçmək xüsusiyyətinə malikdir.
Bu kamera vasitəsilə əldə olunmuş təsvir yüksək keyfiyyətli “Canon 5D” fotoaparatı ilə qeydə alınmış təsvirlə müqayisə oluna bilər.
2016-cı ilin yayında satışa çıxarılacaq “L16”nın dəyəri hazırda 1299 ABŞ dolları təşkil edir.