"İnternet 160 milyon insanı yoxsulluqdan xilas edəcək"

28 Sentyabr 2015 - 15:35 | Maraqlı məlumatlar
"İnternet 160 milyon insanı yoxsulluqdan xilas edəcək"

“İnkişaf etməkdə olan ölkələrdə internetə çıxışın geniş yayılması təxminən 160 milyon insanın yoxsulluqdan xilas olmasına şərait yaradacaq”. Bu fikri Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahındakı çıxışında “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq səsləndirib.

gazeta.ru saytının bildirdiyinə görə, Zukerberq onu da söyləyib ki, internetə çıxışın vüsət alması milyonlarla uşağa təhsil almaq imkanı da verəcək, həmçinin 140 milyondan çox iş yeri yaradacaq.

Bundan əlavə, M. Zukerberq interneti sosial-iqtisadi tərəqqinin hərəkətverici qüvvələrindən biri adlandırıb.