Kamera və Wi-Fi ilə təchiz edilmiş ağıllı tozsoran təqdim edilib

21 Sentyabr 2015 - 11:48 | Maraqlı məlumatlar
Kamera və Wi-Fi ilə təchiz edilmiş ağıllı tozsoran təqdim edilib

“iRobot” şirkətinin yeni “Roomba 980” adlı tozsoranı ətraf mühiti araşdıran və yadda saxlayan daxili kamera və sahibinə evdə olmadıqda belə smartfondan qurğunu idarə etməyə imkan verən Wi-Fi texnologiyası ilə təchiz edilib.

Təmizləməyə başlamaq üçün tozsoran və ya mobil proqramda “Clean” düyməsinə sıxmaq kifayətdir. Mobil proqram, həmçinin təmizləmə qrafikini idarə etməyə imkan verir.

hitech.vesti.ru saytının məlumatına görə, təhlükəsizlik ilə əlaqədar olaraq kamera vasitəsilə çəkilmiş görüntü təmizlik bitdikdən 90 dəqiqə sonra silinir.

Şirkətin nümayəndəsi bildirib ki, tozsoran avtonom rejimdə iki-üç otağı təmizləyə bilər. Tozsoranın batareyası 3 saat ərzində tamamilə dolur. Bu halda qurğu əvvəlki modellə müqayisədə iki dəfə çox sorma gücünə malikdir.

Qeyd edək ki, tozsoran cari ilin oktyabr ayında ABŞ-da 900 dollara satışa çıxarılacaq.