AMEA İnformasiya Texnologiyaları İnstitutunda qəbul edilən qərarlar və digər tapşırıqların icra vəziyyəti müzakirə olunub. Bu haqda institutun Ümumi şöbəsinin müdiri Dinara Zeynalova məlumat verib.
D.Zeynalova institutun Elmi şurasının qərarları, sənəd və tapşırıqların qısa məzmunu, icrası ilə bağlı məlumatları nəzərə çatdırıb. Elmi seminarların təşkili, elmi-praktiki konfransların keçirilməsi haqqında tədbirlər planının, müxtəlif mövzularla bağlı icmalların hazırlanması, təqdimi, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin, aparılan elmi araşdırmaların nəticələrinə dair məqalələrin hazırlanması və digər məsələlərin icra vəziyyəti haqqında məlumat verib.
Tədbirdə Elmi şura üzvləri məruzə ilə bağlı çıxış edərək təklif və tövsiyələrini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.