Elmi fəaliyyətin “Google Scholar” və “Vikipediya”da əks olunması müasir dövrün tələblərindəndir

21 Sentyabr 2015 - 11:28 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının elmi fəaliyyətinin “Google Scholar” (elmi nəşrlərin tam mətnləri üzrə axtarış sistemi) və “Vikipediyada” əks olunması qaydalarına həsr olunmuş məruzə dinlənilib. Bu haqda institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova  təqdimatla çıxış edib. 

Elmi fəaliyyətin “Google Scholar” və “Vikipediya”da əks olunmasının müasir dövrün tələblərindən olduğunu bildirən sektor müdiri məlumatlar daxil edilərkən yol verilən yanlışlıqlardan, onların həlli yollarından danışıb. Axtarış sistemindəki məlumatlara əsasən institut əməkdaşlarının əsərlərinə olan istinadlar və onların H-indeksi haqqında statistik məlumatları diqqətə çatdırıb.

Məruzəçi Vikipediya”da əməkdaşların biblioqrafiyalarının tam əks olunmasının zəruriliyini qeyd edib.

Tədbirdə məruzə ətrafında müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.