Prezident İlham Əliyev: "Son bir neçə il ərzində yüksək texnologiyalar sahəsinə böyük sərmayələr qoymuşuq"

16 Sentyabr 2015 - 11:05 | Mühüm hadisələr
Prezident İlham Əliyev: "Son bir neçə il ərzində yüksək texnologiyalar sahəsinə böyük sərmayələr qoymuşuq"

Bu gün Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda Prezident İlham Əliyev və Çex Respublikasının Prezidenti Miloş Zeman iştirak ediblər. Tədbirdə hər iki dövlət başçısı çıxış edib.

Prezident İ.Əliyev forumdakı geniş nitqində yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində ölkədə görülən işlərdən də bəhs edib: "Son bir neçə il ərzində biz müasir yüksək texnologiyalar sahəsinə böyük sərmayələr qoymuşuq. Artıq kosmos sənayesini yaratmışıq. İki peykimiz var. Biri telekommunikasiya sahəsində "Azerspace", digəri isə, müşahidə işində "Azerisky" peykləridir. Bir sözlə ölkədə kosmik sənaye də inkişaf edir".    

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.