İnstitut əməkdaşlarının xarici alimlərlə birgə hazırladığı “PDLK: Plagiarism detection using linguistic knowledge” (“Linqvistik biliklərdən istifadə etməklə plagiatın aşkarlanması”) adlı məqaləsi “Expert Systems with Applications” beynəlxalq jurnalında dərc olunub.
Məqalənin müəllifləri Asad Abdi, Norisma İdris, akademik Rasim Əliquliyev və texnika üzrə elmlər doktoru Ramiz Alıquliyevdir.
Məqalədə cümlələrin semantik və sintaktik yaxınlığından istifadə etməklə plagiatın aşkarlanması üçün metod təklif edilmişdir. Təklif olunan metod müxtəlif növ plagiatı (dəqiq köçürülmüş və parafraza olunmuş mətni, sözlərin sinonimlərlə əvəz olunması və cümlələrdə sözlərin strukturunun dəyişdirilməsi yolu ilə plagiatı) aşkarlamağa imkan verir. PAN-PC-10 və PAN-PC-11 bazaları üzərində aparılmış eksperimentlər nəticəsində müəyyən olunmuşdur ki, digər metodlarla müqayisədə təklif olunmuş metod yüksək nəticə göstərir.
Qeyd edək ki, “Expert Systems with Applications” kompüter elmləri sahəsində dünyanın ən nüfuzlu jurnallarının siyahısına daxildir. Belə ki, jurnal aşağıdakı yüksək elmmetrik göstəricilərə malikdir:
Impact Factor: 2.240
5-Year ImpactFactor: 2.571
Source Normalized Impact per Paper (SNIP): 2.534
SCImago Journal Rank (SJR): 1.996.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.