İkitərəfli OLED-displey təqdim olunub

09 Sentyabr 2015 - 10:00 | Texnoloji yeniliklər
İkitərəfli OLED-displey təqdim olunub

Cənubi Koreyanın “LG” şirkəti Almaniyada keçirilən “IFA 2015” – Beynəlxalq istehlak elektronikası sərgisində S hərfi şəklində 111 düymlük yeni displeyini təqdim edib.

hi-news.ru saytının məlumatına görə, 3 ayrı 65 düymlük 4K UHD OLED-displey bazası əsasında yaradılmış və qalınlığı 5,3 mm olan ekranın unikallığı ikitərəfli olmasındadır. Şirkət displeyi kommersiya məqsədləri üçün deyil, konseptin iş qabiliyyətini sübut etmək üçün hazırlayıb.