Geekbuying.com saytında 10 nüvəli mobil “Mediatek” prosessoru ilə təchiz edilmiş Elephone P9000 smartfonunun sifariş səhifəsi yaradılıb.
3dnews.ru saytının məlumatına görə, smartfon “Full HD” formatlı 5,5 düymlük ekrana malikdir; piksellərin sıxlığı təxminən 400 ppi təşkil edir. Cihaz 4 Gb əməli yaddaş və 32 Gb-lıq fləş modulla təchiz edilib, sonuncunun tutumunu “microSD” kartın hesabına 128 Gb-dək artırmaq olar.
Smartfon 16 meqapiksellik əsas kamera və videotelefoniya üçün 13 meqapiksellik ön kameraya malikdir.
Bundan başqa, aparat “Wi-Fi 802.11b/g/n” və “Bluetooth 4.0” adapterləri, “GPS” qəbuledicisi, standart sensorlar dəsti və 3100 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Smartfona “Android 5.1” mobil əməliyyat sistemi quraşdırılıb.
Qurğunun dəyəri 330 ABŞ dolları təşkil edir.