İnstitut əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda nəşr olunub

02 Sentyabr 2015 - 11:37 | Mühüm hadisələr

İnstitut əməkdaşlarının “A Comparative Analysis of Pitch Detection Methods Under the Influence of Different Noise Conditions” (Müxtəlif küy şəraitində səsin əsas tonunun periodunun müəyyən edilməsi metodlarının müqayisəli analizi) adlı məqaləsi “Journal of Voice”da (impakt faktor - 1,242) dərc olunub.

Səsin əsas tonu müxtəlif nitq emalı sistemlərində (nitqin sintezi, səsə görə şəxsin identifikasiyası) vacib komponentlərdən biridir. Əsas ton periodunun müəyyən edilməsi metodlarının işlənməsi 50 illik dövrü əhatə edir. Lakin bu müddətdə praktiki məsələlərdən irəli gələn tələblərə tam cavab verən metodun işlənməsi mümkün olmamışdır. Məqalədə mövcud metodlar müxtəlif bazalardan istifadə etməklə aparılmış geniş eksperimentlər əsasında müqayisə edilir və perspektiv tədqiqat istiqamətləri müəyyən edilir.

Journal of Voice

July 2015, Volume 29, Issue 4, Pages 410–417

A Comparative Analysis of Pitch Detection Methods Under the Influence of Different Noise Conditions

Lyudmila Sukhostat, Yadigar Imamverdiyev

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.