Görmə qüsurlu insanlar üçün ilk ağıllı saat istifadəyə veriləcək

06 Avqust 2015 - 10:00 | Texnoloji yeniliklər
Görmə qüsurlu insanlar üçün ilk ağıllı saat istifadəyə veriləcək

Dünyada 285 milyondan çox görmə qüsurlu insan yaşayır. Onların 95 faizi kitab oxuya bilmir. Lakin ənənəvi kitabların yalnız 1 faizi Brayl şrifti ilə olan versiyalarda dərc edilib.

“Dot” şirkəti görmə qabiliyyəti məhdud insanlara kömək etmək məqsədilə eyni adlı ağıllı saat hazırlayıb. Elektron kitab oxumağa imkan verən qurğunun qiyməti 300 ABŞ dollarından aşağı olacaq ki, bu da onu əksəriyyət üçün əlçatan edəcək.

Qurğunun potensial müştəriləri çoxluq təşkil etsə də, görmə qüsurlu insanların yalnız bəziləri Brayl şriftini öyrənirlər. Böyük Britaniyanın Milli Kral İnstitutunun məlumatına görə, Brayl şrifti ilə pasiyentlərin 1 faizi tanışdır. “Dot” saatının istehsalçıları bu nüansı nəzərə alaraq qurğuya Brayl şriftinin öyrədilməsi sistemini əlavə ediblər.

Bundan başqa, “Dot” ağıllı saatı ismarıc və naviqasiya imkanı, Bluetooth 4.0, zəngli saat kimi bir çox digər standart funksiyaları da özündə cəmləşdirir. Qurğunun ilkin sifarişlərinin qəbuluna yaxın zamanda başlanılacaq.

3dnews.ru