Fləş-kart ölçüsündə “IdeaCenter Stick 300” kompüteri təqdim olunub

25 İyun 2015 - 12:00 | Texnoloji yeniliklər
Fləş-kart ölçüsündə “IdeaCenter Stick 300” kompüteri təqdim olunub

Çinin “Lenovo” şirkəti fləş-kart ölçüsündə “IdeaCenter Stick 300” adlı kompüterini təqdim edib. “IdeaCenter Stick 300” qurğusunun işləməsi üçün onu “HDMI” konnektoru ilə təchiz edilmiş monitora qoşmaq, həmçinin simsiz klaviatura və maus lazımdır.

hitech.newsru.com saytının məlumatına görə, mikro-kompüter dördnüvəli “Intel Atom Z3735F” prosessoru, 2 Gb əməli və 32 Gb daxili yaddaşla təchiz edilib. Qurğu “Windows 8.1” əməliyyat sistemi ilə işləyir və “Wi-Fi 802.11 b/g/n” və “Bluetooth 4.0” standartlarını dəstəkləyir. Daxili dinamikə malik olması onu digər qurğulardan fərqləndirir.

İyulda satışa çıxarılması planlaşdırılan “IdeaCenter Stick 300” qurğusunun dəyəri 129 ABŞ dolları təşkil edəcək.