Ötən həftə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun lokal kompüter şəbəkəsi yenidən qurularaq fiber-optik kabel vasitəsilə AzScienceNet elm-kompüter şəbəkəsinə qoşulmuşdur. İnstitutun əməkdaşları AzScienceNet-in imkanları və xidmətlərindən (Eduroam, Cloud Computing, Hosting, e-mail və s.) istifadə etməklə yüksəksürətli İnternetə çıxış ilə təmin olunmuşlar.
Bu istiqamətdə görülən işlər institutun gələcək fəaliyyətinin daha səmərəli təşkilinə, alim və mütəxəssislərinin Avropa elmi mühitinə inteqrasiya olunmasına, o cümlədən dünyanın tanınmış beynəlxalq elmi bazalarından geniş istifadəsinə imkan yaradacaq.
Yaxın zamanda AMEA Naxçıvan Bölməsi, Şəki, Lənkəran və Quba Regional Elm Mərkəzlərinin lokal kompüter şəbəkə infrastrukturunun yenidən qurulması nəzərdə tutulur.
Qeyd edək ki, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet şəbəkəsinin texniki imkanlarının artırılmasından sonra İnternetə çıxış sürəti 270 Mbit/san-ə çatdırılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.