2030-cu ilədək insan beyni bulud xidmətlərinə qoşulacaq

10 İyun 2015 - 10:00 | Maraqlı məlumatlar
2030-cu ilədək insan beyni bulud xidmətlərinə qoşulacaq

Süni intellekt sahəsində əldə olunmuş nailiyyətləri araşdıran əsas tədqiqatçılardan biri, maşın təlimi və təbii dilin emalı sahələri üzrə “Google” şirkətinin texniki direktoru Rey Kursveyl Nyu-Yorkda keçirilən “Exponential Finance” konfransında çıxışı zamanı 15 il sonra insan beyni və bulud xidmətləri arasında birbaşa əlaqə yaranacağı barədə proqnoz verib.

Beləliklə birbaşa beyindən verilən əmrlərin tapşırığı ilə bulud serverindən nəticə əldə etmək mümkün olan zaman insan intellektinin və kompüter imkanlarının xüsusi hibridi meydana çıxacaq və nəticə yenə də bilavasitə beyinlə qəbul ediləcək.

Onun sözlərinə görə, əlaqə DNT liflərindən istehsal edilmiş xüsusi nanorobotlar vasitəsilə təmin olunacaq. Bunun sayəsində informasiyanı idarə etmək üçün yeni imkanlar yaranacaq.

Qeyd edək ki, Rey Kursveyl görmə imkanları məhdud insanlar üçün nitqin tanınması sisteminin və planşet skanerinin müəllifi kimi də tanınır.

nanonewsnet.ru