• Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 25 oktyabr 2002-ci il tarixli 06 saylı, 16 dekabr 2002-ci il tarixli 17 saylı qərarlarına, həmçinin AMEA Rəyasət Heyətinin 15 yanvar 2003-cü il tarixli 2/5 saylı qərarına əsasən respublika üzrə bütün elm və təhsil müəssisələrinin doktorant və dissertantları üçün "İnformatika" fənni üzrə müntəzəm fəaliyyət göstərən kursların təşkili, eyni zamanda namizədlik minimumu imtahanının qəbul edilməsi səlahiyyəti AMEA İnformasiya Texnologiyaları İnstitutuna verilmişdir.
     
  • Bu qərarlara əsasən 1 mart 2003-cü ildən etibarən doktorant və dissertantlara "İnformatika" fənninin tədrisi AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində həyata keçirilir.
     
  • Doktorant və dissertantlara tədris olunan "İnformatika" fənni üzrə kurslar AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunmuş Tədris Proqramına uyğun olaraq təşkil olunur.
     
  • "İnformatika" fənni institutun informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı, həmcinin bu sahədə coxillik praktiki təcrübəyə malik mütəxəssisləri tərəfindən tədris olunur.
     
  • Tədris-İnnovasiya Mərkəzində dərslər müasir tipli müasir kompyuterlərlə, multimedia texnikası ilə təchiz olunmuş auditoriyalarda keçilir. Kompyuterlərin fasiləsiz olaraq İnternetə çıxışı təmin olunmuşdur.
     
  • Tədris-İnnovasiya Mərkəzində yerinə yetirilən işlər (doktorant və dissertantların qeydiyyatı, tədris haqlarının ödənişi, ixtisaslar üzrə bölgü, dərs cədvəllərinin hazırlanması, imtahan protokollarının və vəsiqələrin hazırlanması və s.) avtomatlaşdırılaraq "Tədris-İnnovasiya Mərkəzi" Korporativ İnformasiya Sistemi yaradılmışdır və 2003-cü ildən başlayaraq doktorant və dissertantlar haqqında olan bütün məlumatlar bazada toplanır. Bu məlumatlar, semestrlərin və ümumilikdə ilin yekunlarına görə təhlillər aparmağa və hesabatlar hazırlamağa imkan verir.