• Sənədlərin avtomatik referatlaşdırılması zamanı mətnlərin məzmun yaxınlığını hesablamaq üçün yeni ölçü daxil edilmiş və sənəddən semantik yükə malik cümlələrin seçilməsinə imkan verən çoxkriteriyalı optimallaşdırma modelləri təklif olunmuşdur. Optimallaşdırma modellərinin həlli üçün alqoritmlər işlənmişdir. (İcraçılar: akademik Rasim Əliquliyev, t.e.d. Ramiz Alıquliyev)
  • İT-mütəxəssislər əmək bazarında tələb və təklif münasibətlərinin mikro və makro səviyyələrdə modelləşdirilməsi və intellektual idarə olunması üçün qeyrisəlis situasiya analizi, obrazların tanınması, qeyri-səlis uyğunsuzluq şkalası əsasında disbalans dərəcəsinin qiymətləndirilməsi metodları və alqoritmləri işlənilmişdir. ( İcraçılar: prof.Məsumə Məmmədova, tex.f.d. Zərifə Cəbrayılova)
  • Linqvistik biliklərdən və sözlərin semantik şəbəkəsindən istifadə etməklə mətnlərin sorğu əsasında (istifadəçiyönümlü) referatlarının avtomatik yaradılması və intellektual təhsil sistemlərində tələbələrin referat yazma strategiyalarının sintaktik və semantik səviyyələrdə qiymətləndirilməsi üçün metodlar təklif edilmişdir. (İcraçılar: akademik Əli Abbasov, t.e.d. Ramiz Alıquliyev)
  • Şəbəkə mühitində bulud servislərin sintezi üçün alqoritm və metodlar işlənmişdir. (İcraçılar: f.d. Rəşid Ələkbərov, Məmməd Həşimov)
  • E-dövlətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsi üçün qeyri-səlis koqnitiv model işlənmişdir. (İcraçı: f.d. Yadigar İmamverdiyev)
  • Personalın çoxmeyarlı qiymətləndirilməsi üçün qeyri-səlis VİKOR metodunun effektiv modifikasiyası işlənmişdir. (İcraçılar: akademik Rasim Əliquliyev, t.e.d. Ramiz Alıquliyev, Rəsmiyyə Mahmudova)
  • Plagiatlıq halları müəyyənləşdirilmə səviyyələrinə görə ranqlaşdırılmış, mövcud antiplagiat sistemlərinin əsas xarakteristikaları, onların müsbət və mənfi cəhətləri analiz edilmiş, müxtəlif növ mətn plagiatlığını aşkarlamaq üçün sözlərin semantik yaxınlığına və cümlələrin sintaktik quruluşuna əsaslanan metod təklif edilmişdir. (İcraçılar: t.e.d. Ramiz Alıquliyev, t.e.d. Nadir Ağayev)