• Fotoportretlər əsasında insan sifətinin tanınması üçün metod və alqoritmlər işlənilmişdir. (İcraçılar: akademik Ə.M. Abbasov, f.-r.e.n. T.H. Kazımov, Ş.C. Mahmudova)
  • Mətnlərin avtomatik referatlaşdırılmasında mövzu əhatəliliyini maksimum dərəcədə təmin etmək və məzmunca yaxın cümlələrin iştirakını minimallaşdırmaq üçün xətti və qeyri-xətti riyazi proqramlaşdırma modelləri təklif edilmiş və onların həlli üçün yeni alqoritmlər işlənmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü, prof. R.M. Əliquliyev tex.e.d. R.M. Alıquliyev)
  • Barmaq izlərinin diskretləşdirilmişteksturdeskriptorlarının aqreqasiyası və effektiv xətti blok kodları əsasında biometrik kriptosistemlərin sintezi metodu təklif edilmişdir. (İcraçı: f.d. Y.N. İmamverdiyev)
  • E-dövlət mühitində mətn sənədlərin intellektual idarə edilməsi üçün model və alqoritmlər işlənilmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü, prof. R.M. Əliquliyev M.Ş. Hacırəhimova)
  • Veb-də elmi tədqiqatçıların və təşkilatların sosial şəbəkələrinin aşkarlanması və analizi üçün metod və alqoritmlər işlənilmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü, prof. R.M. Əliquliyev tex.e.d. R.M. Alıquliyev F.S. Gəncəliyev)