• Mətnlərin referatlaşdırılması üçün optimallaşma modelləri təklif edilmişdir. (İcraçılar: akademik Ə.Abbasov, t.e.d. R.Alıquliyev)
  • Biometrik eyniləşdirmə sisteminin yaradılması üçün metod və alqoritmlər işlənmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü, prof. R.Əliquliyev, t.e.n. Y.İmamverdiyev, tex. fəl. dok. Musayev)
  • Mətnlərin referatlaşdırılması üçün adaptiv diferensial təkamül və particle swarm optimization alqoritmləri işlənmişdir. (İcraçı: e.d. R.Alıquliyev)
  • İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi və idarə olunması üçün modellər təklif edilmişdir. (İcraçı: t.e.n. Y.İmamverdiyev)
  • “Əhali və miqrasiya” informasiya sisteminin təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlər işlənmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü, prof. R.Əliquliyev, t.e.n. Y.İmamverdiyev, tex. fəl. dok. Abdullayeva)
  • Qeyri-səlis giriş informasiyası əsasında İT-mütəxəssislərə tələbatın qiymətləndirlməsi üçün model təklif edilmişdir. (İcraçılar: t.e.d., prof. M.Məmmədova, t.e.n. Z.Cəbrayılova)
  • Naqilsiz sensor şəbəkələrində sensorlar qrupunun “yaşama” müddətinin reallaşdırılması üçün yeni marşrutlama alqoritmi işlənmişdir. (İcraçılar: Qazani, C.Cabbari)