• Mətnlərin semantik yaxınlığını təyin etmək üçün metrika daxil edilmiş və mətn tipli sənədlər çoxluğunun icmal referatının yaradılması məqsədilə informativ cümlələrin seçilməsinə imkan verən alqoritmlər təklif edilmişdir. (İcraçılar: akademik Ə. Abbasov, f.-r.e.n. R. Alıquliyev)
  • Mətn tipli sənədlər çoxluğunu kontentə görə qruplaşdırmaq üçün çəkili kriteriya funksiyaları daxil edilmiş və onların optimallaşdırılması üçün diferensial evolyusiya alqoritminin və “sürü” intellektinə əsaslanan optimallaşdırma metodlarının bir neçə modifikasiyası işlənmişdir.( İcraçılar: AMEA-nın müxbir üzvü, prof. R. Əliquliyev, f.-r.e.n. R.Alıquliyev)
  • Təşkilatda personalın intellektual idarə olunması sisteminin işlənilməsi istiqamətində çoxkriteriyalı məsələlərin skalyar optimallaşdırma prinsipinə istinad etməklə müvafiq həll metodları təklif olunmuşdur. (İcraçılar: t.e.d. M.Məmmədova, t.e.n. Z.Cəbrayılova, S.Nobari)
  • Biometrik sistemlərin təhlükəsizliyinin qiymətləndirilməsi, biometrik şablonların mühafizəsi və biometrik sensorların interoperabelliyinin təmin edilməsi üçün bir sıra metod və alqoritmlər işlənmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü, prof R. Əliquliyev, t.e.n. Y. İmamverdiyev, V. Musayev)
  • Log-fayllar əsasında İnternetdən istifadənin analizi üçün metod və alqoritmlər işlənmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü, prof. R. Əliquliyev, F. Yusifov)
  • Şəbəkə mühitində nizamsız struktura malik informasiya fəzalarının optimal strukturlaşdırılması üçün metod və alqoritmlər işlənmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü, prof. R. Əliquliyev, M. Şərifov)
  • Mövcud spam-filtrlərdə olan boşluqları nəzərə alan spamlarla mübarizə metodları təklif olunmuşdur. (İcraçılar: AMEA-nın müxbir üzvü, prof. R. Əliquliyev, S. Nəzirova)