• Dünya informasiya fəzasında İnternet mühitində istifadə olunan Veb-resursların ccTLD və gTLD domen göstəricilərinə görə təsnifatının aparılması, onlar arasında coğrafi və semantik əlamətlərə əsasən informasiya münasibətlərinin müəyyənləşdirilməsi, informasiya idxalı və ixracı həcminin qiymətləndirilməsi, statistikasının aparılması üçün konseptual model və indikatorlar sistemi təklif olunmuşdur (İcraçılar: akademik Abbasov Ə.M., t.e.d. Əliquliyev R.M., Ələkbərli R.Z.)
  • Kompüter şəbəkələri əsasında paylanmış virtual hesablama mühitlərinin sintezi üçün model və alqoritmlər işlənilmişdir (İcraçılar: t.e.n. Əliyev İ.M., Ələkbərov R.Q.)
  • Süni intellekt texnologiyasının tətbiqi ilə Azərbaycan dilli mətnlər əsasında morfo-sintaktik analizatorun biliklər bazası yaradılmış, bunun üçün lazımi biliklər əldə olunmuş və produksion modelin köməyi ilə qaydalar hazırlanmışdır (İcraçılar: t.e.d. Məmmədova M.H., Əmirov Z.M.)
  • Mətn tipli sənədlərin avtomatik annotasiyası məqsədilə cümlələrin klasterizasiyasına əsaslanan metodlar və onların həlli üçün neyron və genetik alqoritmlər işlənmişdir (İcraçılar: akademik Abbasov Ə.M., f.-r.e.n. Alıquliyev R.M.)
  • Elliptik əyrilər üzərində assimmetrik kriptoqrafik sistemlərin sintezi üçün metodlar və alqoritmlər kompleksi işlənmişdir (İcraçılar: t.e.d. Əliquliyev R.M., İmamverdiyev Y.N.)
  • Korporativ istifadəçilərlə İnternet xidmətləri provayderləri arasında münasibətlərin tənzimlənməsi üçün model təklif olunmuşdur (İcraçı: t.e.n. Əliyev İ.M.)