• Qlobal kompüter şəbəkələrinin kommunikasiya resurslarının virtuallaşması və müxtəlif meyarlara əsasən səmərələlilik göstəricilərinin optimallaşdırılması üçün model və alqoritmlər işlənilmişdir. (İcraçılar: akademik Abbasov Ə.M., t.e.n.Əliyev İ.M.)
  • Açıq kompüter şəbəkəsi mühitində çətin həll olunan mürəkkəb məsələlərin optimal paylanması və onlara qoyulan tələbləri nəzərə almaqla müxtəlif strategiyalara görə təminatlı virtual superkompüterlərin sintezi üçün metod və alqoritmlər işlənilmişdir. (İcraçılar: t.e.d. Əliquliyev R.M., Ələkbərov R.Q.)
  • Əmək qabiliyyətli əhalinin məşğulluğu və əmək bazarının proqnozlaşdırılması üçün qeyri-səlis məntiqin tətbiqi ilə model və metodika işlənilmişdir. (İcraçılar: t.e.d. M.Məmmədova, t.e.n. Z.Cəbrayılova)