Məmməd Arif oğlu Həşimov 1986-ci ildə anadan olmuşdur.
2007-ci ildə Azərbaycan Texniki Universitetinin "Avtomatika və İdarəetmə" fakültəsini bitirərək bakalavr dərəcəsi almışdır.
2010-ci ildə Azərbaycan Texniki Universitetinin "Avtomatika və Kompüter Texnikası" ixtisası üzrə magistraturasını bitirmişdir.
2006-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutuna işə qəbul edilmiş, böyük laborant, proqramçı və böyük elmi işçi vəzifələrində çalışmışdır. Hal-hazırda aparıcı elmi-işçi vəzifəsində fəaliyyət göstərir.
2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 1203.01 – Kompüter elmləri ixtisası üzrə “Şəbəkə mühitində bulud servislərinın sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Hazırda bulud texnologiyaları və Əşyaların Internetinin elmi-nəzəri problemləri, kiberfiziki sistemlərin intellektual şəbəkə infrastrukturunun yaradılması istiqamətində araşdırmalar aparır.
53 elmi əsərin müəllifidir.
2013-2021-ci illərdə İnstitutda fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurasının sədir müavini olmuşdur.