Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının strukturunu təkmilləşdirmək, elmi-texniki potensialın istifadəsinin səmərəliliyini artırmaq və prioritet istiqamətlərə yönəltmək məqsədilə Azərbaycan Respublikasinin Nazirlər Kabineti qərara alır:
Azərbaycan Milli Elmlər Akademiyasının H.Abdullayev adına Fizika İnstitutunun və Fotoelektronika İnstitutunun bazasında - Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu;
M.Nağıyev adına Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun və Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun bazasında - Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Problemləri İnstitutu;
Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutunun, Milli Münasibətlər İnstitutunun və İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun bazasında - Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi – Hüquqi Tədqiqatlar İnstitutu;
Radiasiya Tədqiqatları sektorunun bazasında - Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu;
İnformasiya – Telekommunikasiya Elmi Mərkəzinin bazasında - Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu yaradılsın.
Azərbaycan Milli Elmlər Akademiyası bu qərardan irəli gələn məsələləri həll etsin.