ELANLAR

5597

HANNOVER MESSE 2015 – yüksək texnologiyalar, innovasiyalar və sənaye sahələrinin avtomatlaşdırılması üzrə sərgi-konfransı keçiriləcək

15 Yanvar 2015 - 14:33
HANNOVER MESSE 2015 – yüksək texnologiyalar, innovasiyalar və sənaye sahələrinin avtomatlaşdırılması üzrə sərgi-konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Aprelin 13-dən 17-dək Almaniyanın Hannover şəhərində HANNOVER MESSE 2015 - yüksək texnologiyalar, innovasiyalar və sənaye sahələrinin avtomatlaşdırılması üzrə sərgi-konfransı keçiriləcək. Dünyanın ən iri tədbirlərindən olan HANNOVER MESSE “Deutsche Messe Hannover” sərgi mərkəzində baş tutacaq. Sərgi beynəlxalq əlaqələrin, əməkdaşlığın qurulması, investisiyaların cəlb edilməsi üçün unikal imkanların yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. 

Bu il HANNOVER MESSE 2015 “Sənayenin inteqrasiyası – sizlər də qoşulun” rəsmi devizi altında keçiriləcək. hannovermesse.de saytının bildirdiyinə görə, sərginin partnyor ölkəsi qismində Hindistan çıxış edəcək.

Hər ilin yaz fəslində sənaye məhsulları istehsalçıları və tədarükçülərinin görüş yerinə çevrilən Hannover ixtira və innovasiyalar forumu, təcrübə ilə mübadilə mərkəzi və yeni partnyor münasibətlərinin yaradılması üçün bir mənbədir. Məlumat üçün qeyd edək ki, Hannover sərgisinin açılışı ilk dəfə 1947-ci ildə baş tutub.

HANNOVER MESSE 2015-in proqramında əsas istiqamətlər aşağıdakılardır: 

  1. Industrial Automation — fasiləsiz texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması, bina avtomatlaşdırılması 
  2. Energy — energetika
  3. Mobilitec — avtomobillər üçün alternativ enerji mənbələri
  4. Digital Factory — sənaye üçün informasiya texnologiyaları və İT-həllər
  5. Industrial Supply — Qeyri-sənaye mənbəyi
  6. Research & Technology — elmi tədqiqatlar və texnologiyaların transferi
  7. Motion, Drive & Automation – ötürücülər, avtomatika  
  8. Wind – külək energetikası  
  9. ComVac – vakuum texnologiyaları 
  10. SurfaceTechnology – səthin emalı texnologiyaları.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.