Yaponiyanın Matsumae Beynəlxalq Fondu hər il dünyanın müxtəlif ölkələrindən doktorontura pilləsini tamamlamış 20 xarici tədqiqatçını Yaponiyaya dəvət edir.
2016-cı ilin aprel - 2017-ci ilin mart aylarını əhatə edən tədris ili çərçivəsində 3-6 aylıq “Təqaüdlü Tədqiqat Proqramı”na müraciət üçün son tarix 31 avqust 2015-ci il təyin edilmişdir.
Proqramda iştirak üçün müraciət edən namizədlərin təbiət elmləri, mühəndislik və tibb sahələrində fəaliyyət göstərən şəxslər olmasına üstünlük verilir. İştirak ilə bağlı bütün xərclər fond tərəfindən ödənilir.
Namizədliyini irəli sürmək istəyən AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının 30 iyun 2015-ci il tarixədək institutun Beynəlxalq əlaqələr şöbəsinə müraciət etmələri xahiş olunur.
Ətraflı məlumatı mars.dti.ne.jp saytından əldə etmək olar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.