ELANLAR

3586

“Elektron dövlət quruculuğu problemləri” mövzusunda I Respublika elmi-praktiki konfransı işini başa çatdırdı

04 Dekabr 2014 - 18:00
“Elektron dövlət quruculuğu problemləri” mövzusunda I Respublika elmi-praktiki konfransı işini başa çatdırdı, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron dövlət quruculuğu problemləri” mövzusunda I Respublika elmi-praktiki konfransının bağlanış mərasimi keçirildi. Tədbirin seksiya iclaslarının sədrləri çıxış edərək konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə mövcud problemlərin həlli üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirdi. E-dövlətin intellektuallaşdırılması konsepsiyası, elektron vətəndaş problemləri,  e-dövlət mühitində dövlət sirrinin təhlükəsizliyi, e-dövlətin formalaşdırılması layihələrinin idarə edilməsi, e-dövlət mühitində vətəndaş - dövlət münasibətlərinin tənzimlənməsi, e-dövlət mühitində e-sosial siyasət məsələləri, vikinomika konsepsiyasının elektron dövlət idarəçiliyində tətbiqi, e-dövlətdə informasiya müharibəsi modelləri, e-dövlət quruculuğunda bulud texnologiyalarının imkanları və problemləri və s. sahələrdə problemlərin həlli ilə bağlı aparılan elmi-tədqiqatlarda mühüm elmi və innovativ nəticələrin əldə olunduğunu bildirdi. Akademik e-dövlət quruculuğu problemlərinə həsr olunan konfransın elektron dövlətin elmi-praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.