ELANLAR

5532

2-ci "Regional İnternet idarəçilik Forumu" keçiriləcək

14 Noyabr 2014 - 10:00
2-ci "Regional İnternet idarəçilik Forumu" keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

2-5 dekabr tarixlərdə 2-ci "Regional İnternet idarəçilik Forumu" keçiriləcək. AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyi (RYTN) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycan Ofisinin (BMTİP) birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin builki devizi “İKT vasitəsilə regional iqtisadi inkişaf və mədəni irəliləyiş üçün çoxtərəfli platforma”dır.

Forumun keçirilməsində  əsas məqsəd Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi Milli İKT iştirakçılarının beynəlxalq mütəxəssislərlə bir arada təcrübə mübadiləsi  və əməkdaşlığını həyata keçirmək, eyni zamanda regionların Milli İnternet idarəçiliyinə cəlb edilməsini təmin etməkdir. Tədbirdə Azərbaycan və müxtəlif ölkələrdən olan  hökumət, biznes nümayəndələri, elm və vətəndaş cəmiyyəti sahələrinin təmsilçiləri İnternetlə bağlı aktual problemləri müzakirə etmək üçün toplaşacaqlar. Nəticə etibarı ilə, forum beynəlxalq və yerli iştirakçılar arasında İKT sahəsində əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək.

Forumda iştirak etmək istəyənlər www.rigf.az saytında qeydiyyatdan keçə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.