ELANLAR

5134

RYTN-də “Uşaqların internet təhlükəsizliyi” mövzusunda “dəyirmi masa” keçiriləcək

04 Noyabr 2014 - 14:08
RYTN-də “Uşaqların internet təhlükəsizliyi” mövzusunda “dəyirmi masa” keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Noyabrın 11-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində  (RYTN) "Uşaqların internet təhlükəsizliyi" mövzusunda "dəyirmi masa" keçiriləcək.

"Dəyirmi masa"da internetdə yayılan təhlükəli, yönləndirici  informasiyaların, uşaqların psixologiyasına təsiri  və bunlarla mübarizə yolları ətrafında müzakirələr aparılacaq.

ictnews.az saytının məlumatına görə, Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda "Uşaq hüquqları" aylığı keçirilir. 

"Hər bir uşağın qayğısına qalaq!" devizi ilə keçirilən bu aylıq çərçivəsində ölkəmizin şəhər və rayonlarında  uşaq hüquqlarının effektiv təmininə və təbliğinə yönəlmiş maarifləndirmə tədbirləri, "dəyirmi masa"lar, treninq-seminarlar, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində müsabiqələr, sərgilər təşkil olunur. Aylığın  məqsədi uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının müdafiəsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır".