ELANLAR

4080

"Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə və videosüjet müsabiqəsi elan edildi

30 Sentyabr 2014 - 17:33
"Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə və videosüjet müsabiqəsi elan edildi, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

"Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Azərbaycanda "Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə və videosüjet müsabiqəsi elan edir.

"Mənim E hökum@im” adı altında "Ən yaxşı məqalə” və "Ən yaxşı videomaterial” olmaqla 2 (iki) nominasiya üzrə nəzərdə tutulmuş müsabiqənin elan edilməsi üçün BMM-də təqdimat keçiriləcək. Təqdimatda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli nümayəndələri, jurnalistlər, ictimai xadimlər iştirak edəcək.

Müsabiqənin məqsədi və vəzifələri:

  • Dövlət orqanları tərəfindən təqdim edilən elektron xidmətləri geniş kütləyə çatdırmaq;
  • “Elektron hökumət” portalının (e-gov.az) populyarlığını artırmaq;
  • Yeni elektron xidmətlərin yaradılmasında səmərəli təkliflərdən yararlanmaq;
  • Portalın fəaliyyətinin təkmilləşdirilməsi üçün çatışmazlıqları araşdırmaq;

Müsabiqə aşağıdakı mövzuları əhatə etməlidir:

  • “Elektron hökumət” nədir?
  • “Elektron hökumət” portalına nə üçün ehtiyacımız var?
  • Ölkənizdə “Elektron hökumət” necə fəaliyyət göstərir?
  • “Elektron hökumət”in cəmiyyətimiz üçün faydaları

Müsabiqənin tələbləri və mükafat fondu yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Müsabiqə barədə əlavə məlumatları “Elektron hökumət” portalından (www.e-gov.az), eləcə də RYTN-in Mətbuat xidmətindən əldə etmək olar.

mincom.gov.az